- Baxış sayı: 141
- 26 Noyabr 2025 13:17
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Üçqat paralimpiya çempionu Raman Salei (S12 kateqoriyası) Sinqapurun eyniadlı paytaxtında keçirilən paraüzgüçülük üzrə dünya çempionatının ilk günündə 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl medal qazanıb.
Allsport.az xəbər verir ki, dördüncü dəfə dünya çempionu olan idmançımız 27 sentyabradək davam edəcək yarışda 100 metr məsafəyə sərbəst, “butterfly” (kəpənək) və 50 metr məsafəyə sərbəst üzmə üsullarında da mübarizə aparacaq.