Paris-2024 canlı yayımlanacaq

“İctimai” televiziyada bu yay idman həyəcanı tam sürətlə davam etməkdədir. Allsport.az saytı xəbər verir ki, sabah başlayacaq və iyulun 26-da rəsmi açılışı olacaq Paris-2024 yay olimpiya oyunları tamaşaçılara canlı yayımda təqdim olunacaq. Avqustun 11-dək davam edəcək rəqabətdə Azərbaycan idmançılarının çıxışları, olimpiadanın rekordlar, sevinc və üzüntü ilə zəngin olan ən maraqlı, emosional anları İTV-nin efirində yaşanacaq.

İdmançılarımızın qələbə xəbərləri, yarışla bağlı özəl təəssüratlar bu il 30 illik yubileyini qeyd edən gənclər və idman nazirliyinin və milli olimpiya komitəsinin birgə dəstəyi ilə Fransa paytaxtından canlı yayımda nümayiş olunacaq. Hər yarış gününün əvvəlində və sonunda xüsusi hazırlanmış “Bol idman” verilişinin yeni studiyasında bizimkilərin çıxışları və imkanları ekspertlərin iştirakı ilə müzakirə olunacaq.

Həmin kateqoriyadan