- Baxış sayı: 43
- 20 Mart 2026 09:00
- Baxış sayı: 191
- Mart 19, 2026
- 0

Paris-2024-ü işıqlandırarkən, seksist fikirlər səsləndirdiyinə görə, “Eurosport” – şərhçi Bob Ballardı işdən çıxarıb. Allsport.az saytı xəbər verir ki, qadınların 4×100 metr məsafəyə sərbəst üsulla estafet yarışı zamanı o Avstraliya komandasının qələbəsindən sonra belə demişdi: “Yaxşı, qadınlar yarışı yenicə bitirdilər. Siz qadınları tanıyırsınız – gəzib-dolaşır, makiyaj edir”.
Onun reportyor həmkarı Lizzi Simmonds bu sözü “qeyri-adi” adlandırıb: “Dünən axşam “Eurosport”un yayımı zamanı şərhçi Bob Ballard təhqiramiz fikirlər səsləndirdi. “Nəticədə o, dərhal işdən çıxarılıb”.
Ballardın özü hələlik hadisə ilə bağlı açıqlama verməyib.