Paris-2024-də iştirak edən 24 olimpiyaçımız Azərbaycan idman akademiyasının tələbə və məzunlarıdır

Dünən Parisdə açılış mərasimi keçirilən XXXIII yay olimpiya oyunlarında ölkəmiz 14 idman növündə 48 idmançı ilə təmsil olunur. Allsport.az saytı xəbər verir ki, onlardan 24-ü Azərbaycan idman akademiyasına bağlıdır.

Bu “dördillik”də bilik evinin 10 tələbəsi (Nicat Hüseynov (boks), Zöhrə Ağamirova (bədii gimnastika), Selcan Mahsudova (batut gimnastikası), Ləman Əlimuradova (bədii gimnastika (qrup hərəkətləri komandası), Yelizaveta Luzan (bədii gimnastika (qrup hərəkətləri komandası), Güllü Ağalarzadə (bədii gimnastika (qrup hərəkətləri komandası), Darya Sorokina (bədii gimnastika (qrup hərəkətləri komandası), Ramil Vəlizadə (üzgüçülük), Balabəy Ağayev (cüdo), Yaşar Nəcəfov (cüdo) yer alıb.

Ruslan Lunyov (10 m, pnevmatik tapança), Malik Həsənov (boks), Murad Allahverdiyev (boks), Məhəmməd Abdullayev (boks), Əliabbas Rzazadə (sərbəst güləş), Hacı Əliyev (sərbəst güləş), Turan Bayramov (sərbəst güləş), Murad Məmmədov (yunan-Roma güləşi), Həsrət Cəfərov (yunan-Roma güləşi), Sənan Süleymanov (yunan-Roma güləşi), Rafiq Hüseynov (yunan-Roma güləşi), Hidayət Heydərov (cüdo), Leyla Əliyeva (cüdo),Gültac Məmmədəliyeva (cüdo) isə idman akademyasının məzunlarıdırlar.

Olimpiya təmsilçilərimizə uğurlar arzulayan Azərbaycan idman akademiyasının rektoru Fuad Hacıyev tələbələrimizin olimpiya oyunlarındaki iştirakı ilə bağlı bildirib ki, tələbələrin həm idman, həm də təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən qürur duyurlar. Məqsəd, gənclərimizin yüksək səviyyəli idmançılar və savadlı vətəndaşlar kimi yetişməsinə töhfə verməkdir. Bu yolda hər bir tələbə və məzunumuza uğurlar və qələbə sevinci yaşamağı arzu edilir.

Həmin kateqoriyadan