Paris-2024-də qalmaqallı açılışının videosu rəsmi resurslardan silinib

Beynəlxalq olimpiya komitəsi (BOK) Parisdə keçirilən olimpiya oyunlarının açılışının əsas fraqmentlərinin yer aldığı videonu rəsmi resurslarından silib. Allsport.az saytı xəbər verir ki, videoya hazırda BOK-un rəsmi saytında və ya Yutub kanalında baxmaq mümkün deyil.

2024-cü il oyunlarının açılışı bir sıra təxribat xarakterli epizodlara görə ciddi tənqid edilib. Xüsusən də mərasimin təşkilatçıları Leonardo da Vinçinin “Son şam yeməyi” tablosunun parodiyasına görə, dindarlara hörmətsizlikdə ittiham olunublar.

Oyunların açılış mərasimi də təsadüfi situasiyalarla yadda qalıb: Parisdəki yarışın açılış mərasimində Eyfel qülləsi yaxınlığındakı olimpiya bayrağı bayraq dirəyinə tərs asılıb və stadionda diktorlar Cənubi Koreyadan olan idmançıları KXDR nümayəndələri elan ediblər.

Həmin kateqoriyadan