- Baxış sayı: 48
- 01 Aprel 2025 22:04
- Baxış sayı: 40
- Aprel 04, 2025
- 0
İraqlı cüdoçu Səccad Qənim antidopinq qaydalarını pozduğuna görə müvəqqəti olaraq yarışdan kənarlaşdırılıb. Allsport.az saytı xəbər verir ki, Paris-2024-də ilk müsbət dopinq testi aşkarlanıb.
Beynəlxalq test agentliyinin mətbuat xidmətinin məlumatına görə, iyulun 23-də Səccadın dopinq-testi qadağan olunmuş maddələrin olması ilə bağlı müsbət nəticə göstərib.
Cüdoçu bununla bağlı İdman Arbitraj Məhkəməsində etiraz edə bilər. O, həmçinin “B” nümunəsinin nəticələrini tələb etmək hüququna malikdir.
Bu gün Fransa paytaxtında oyunların açılışı olacaq. Mərasim bizim vaxtıla saat 21:30-da başlayacaq.