- Baxış sayı: 48
- 15 Yanvar 2025 16:44
- Baxış sayı: 209
- Yanvar 15, 2025
- 0
2024-cü il Paris yay olimpiya oyunlarında idmançılar 100-dən çox keyfiyyətsiz medalı dəyişdirilməsi üçün geri qaytarıb.
Allsport.az xəbər verir ki, ən çox şikayət bürünc medallarla bağlı olub. Üzgüçülər Maksim Qrüsse, Klemen Sekki və Yohan Ndoye-Bruar qazandıqları bürünc medalların sıradan çıxdığını bildiriblər.
Olimpiyadanın medallarını hazırlayan Paris sikkəxanası artıq 3 direktorla yollarını ayırıb.
Mükafatların keyfiyyətsiz olması zəhərli maddənin istifadəsinə qadağa ilə bağlıdır. Vaxt çatışmazlığı səbəbindən medalları sınaqdan keçirmək mümkün olmayıb. Sikkəxana artıq problemi həll etmək bir neçə şirkətə müraciət edib.
Beynəlxalq olimpiya komitəsi (BOK) qüsurlu medalları yaxın həftələrdə əvəz edəcəyini bildirib.