Paris-2024-ün bağlanışında “Mümkünsüz missiya”

Hollivud ulduzu Tom Kruz Parisdə keçirilən olimpiya oyunlarının bağlanış mərasimində “Mümkünsüz missiya” filminin üslubunda təhlükəli kaskadyorluq edəcək.

Allsport.az saytı xəbər verir ki, 62 yaşlı aktyor olimpiya bayrağı ilə “Stade de Frans”ın damından arena meydanına qalxacaq. Bundan əvvəl onun bayraqla Atlantik okeanı üzərindən təyyarə ilə uçacağı qısa videoçarx nümayiş olunacaq.

Mürəkkəb çıxış 11 avqusta planlaşdırılan 2024-cü il olimpiadasının bağlanış mərasiminin əsas məqamı olacaq. Çünki bu, oyunların məşəlinin 2028-ci ildə olimpiadanın keçiriləcəyi Los Ancelesə ötürülməsini simvolizə edir.

Həmin kateqoriyadan