Paris hava limanının işçiləri olimpiadanın açılışı günü tətil planlaşdırırlar

Paris hava limanının işçiləri 2024-cü il olimpiadasının açılışı günü tətil etməyi planlaşdırır. Allsport.az saytı xəbər verir ki, “Force Ouvriere” həmkarlar ittifaqı Fransa paytaxtında oyunların açılış mərasiminin keçirildiyi gün, iyulun 26-da etiraz aksiyası keçirmək niyyəti barədə məlumat verib.

Həmkarlar ittifaqı nümayəndələri işçilərə verilən mükafatların 300 avrodan 1000 avroya qədər artırılmasını tələb edirlər. Tətilə səbəb, rəhbərliklə bu yaxınlarda imzalanmış əmək haqqı müqaviləsinin cüzi nəticə verməsidir.

Tətilin yerli vaxtla səhər saat 5-də başlaması və ertəsi gün səhər saat 7-də başa çatması planlaşdırılır ki. Bu da Şarl de Qoll, Orli və Bove hava limanlarında fasilələrə səbəb olacaq. Mümkün tətil barədə əvvəlcədən məlumatlandırılan aviaşirkətlər artıq uçuş cədvəllərində dəyişiklik edib.

Həmin kateqoriyadan