Parisdə Avropa olimpiya komitəsinin növbəti seminarı keçirilir

Allsport.az xəbər verir ki, Fransanın paytaxtında Avropa olimpiya komitəsinin (AOK) 43-cü seminarı start götürüb.

Tədbirdə Azərbaycan nümayəndə heyətini Milli olimpiya komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və xarici əlaqələr departamentinin müdiri Anar Bağırov təmsil edirlər.

Avropa idman Həftəsi çərçivəsində təşkil olunan seminarda AOK-un 2030-cu ilə qədər strateji gündəliyinin hazırlanması istiqamətində əldə edilmiş irəliləyişlər və digər strateji məsələlərlə bağlı müzakirələr aparılıb.

Tədbir çərçivəsində Krakov-2023 Avropa oyunları, Maribor-2023 Avropa gənclərinin olimpiya festivalı, Paris-2024 yay olimpiya oyunları və “Milan-2026” qış olimpiya oyunlarına dair fəaliyyət planı təşkilat komitələri tərəfindən təqdim olunaraq müzakirələr aparılıb.

Seminar çərçivəsində “İdmanda davamlılıq”, “Gender bərabərliyi”, “MOK-ların miqrant böhranını idarə edilməsi”, “Cəmiyyətə idmanın təsiri və sosial inteqrasiya”, “İdmanda yüksək texnologiyalar” mövzularında müzakirələr aparılıb.

Həmçinin, AOK-un seminarı çərçivəsində qış idman növləri üzrə 8-ci “Pyotr Nurovski – Avropanın ən yaxşı gənc idmançısı” mükafatının qalibi müəyyənləşəcək.

Həmin kateqoriyadan