- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Şüvəlan qəsəbəsində yerləşən ağır atletika akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatında ikinci yarış gününə start verilib.
Allsport.az xəbər verir ki, Azərbaycan respublikası gənclər və idman nazirliyi və Azərbaycan ağır atletika federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır.
İlk olaraq 67 və 73 kq çəki dərəcələrində mübarizə aparan atletlər qaliblərin adına aydınlıq gətirib.
67 kq çəki dərəcəsində toplam 276 kq (125+151) nəticə göstərən Tehran Məmmədov qızıl medala sahib çıxıb. Sonrakı pillələri müvafiq olaraq toplam 256 kq (117+139) nəticə ilə Qasım İsmayılov və 255 kq (117+138) nəticə ilə Fuad Həsənov tutublar.
73 kq çəki dərəcəsində isə Paşa İbrahimli çox uğurlu çıxış edib. O, toplam 307 kq (141+166) nəticə göstərərək bu çəkidə qızıl medala sahib çıxıb. Bu çıxış həm də 3 yeni rekordla əlamətdar olub. Paşa İbrahimli birdən qaldırma hərəkətində 141 kq, təkanla qaldırma hərəkətində 166 kq, toplamda isə 307 kq-lıq nəticələrlə Azərbaycan rekordlarını yeniləyib.