Patrik Hikki Bakı-2015-də işlərin gedişi ilə tanış olub

Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkinin Bakıya növbəti gəlişi bazar günü, sentyabrın 21-də başa çatıb. Avropa Olimpiya Komitələrinin Prezidenti Patrik Hikki Bakı 2015 Avropa Oyunlarının qonağı olub səfər zamanı ona Bakı-2015-in Əməliyyat Komitəsi tərəfindən işlərin gedişi barədə ən son məlumatlar verilib.

 

Ali qonaq gələn il keçiriləcək ilk Avropa Oyunlarına hazırlıqları müzakirə etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilib. Hikki Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Avropa Oyunlarının Rəsmi Tərəfdaşı elan olunduğu tədbirdə, Avropa Oyunları Əməliyyat Komitəsinin Baş İcraçı Direktoru cənab Azad Rəhimovla yanaşı imzaatma mərasiminin xüsusi qonağı da olub.

 

Beynəlxalq Olimpiya Komitələrinin Direktorlar Şurasının üzvü və İrlandiyanın Olimpiya Şurasının prezidenti cənab Hikki söyləyib: “Bakı 2015 komandası tərəfindən son aylar ərzində əldə edilmiş belə əhəmiyyətli irəliləyişi görmək məni hədsiz dərəcədə ruhlandırdı. Bu, inkişaf etdirilmiş və təkmilləşdirilmiş idman proqramı barədə son məlumatları almaq üçün dəyərli imkan idi.

 

Əminəm ki, Bakı 2015 bütün dünya üzrə çox növlü idman yarışları standartını yaradacaq ilk Avropa Oyunlarının innovativ və mükəmməl surətdə keçirilməsi ilə bağlı bizim gözləntilərimizi doğruldacaq.

 

Mən cənab nazir Azad Rəhimova, Əməliyyatlar üzrə Baş Direktor cənab Saymon Kleqə və bütün Bakı 2015 Avropa Oyunları komandasına mənə ayırdıqları vaxta və bir daha Azərbaycandakı qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istərdim”.

Patrik Hikki təşkilatın yeni baş ofisinə gəlmiş və Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni terminalı ilə tanış olub. ARDNŞ ilə Rəsmi Tərəfdaşlığa imzaatma mərasimində cənab Hikki beynəlxalq media üçün qitənin ilk çox saylı idman yarışı ilə bağlı Avropa Olimpiya Komitələrinin konsepsiyasını və Avropa Oyunlarına ev sahibliyi etməyin Azərbaycan üçün davamlı mənfəət gətirəcəyini açıqlayıb.

 

Bakı 2015-in Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq deyib: “Prezident Hikkinin səfəri bizim üçün həmişə böyük şərəfdir və bu, bütün planlarımız barədə ona ən son məlumatları çatdırmaq üçün gözəl fürsət idi. AOK prezidentinin bizim işimizdəki irəliləyişlərlə bağlı əminliyi bizi daha da həvəsləndirir. Biz Avropa Oyunlarına doğru irəlilədikcə onun fikirləri və tövsiyələri bizim komandamızı bütün Avropanın fəxr edəcəyi idman tədbirinin keçirilməsinə ruhlandıracaq”.

Həmin kateqoriyadan