- Baxış sayı: 112
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Avropa Olimpiya Komitəsinin paytaxtımızda təşkil olunmuş 43-cü Baş Assambleyası bu gün başa çatıb. Allsport.az saytının məlumatına görə, toplantıdan sonra AOK-un prezidenti Patrik Hikki KİV-lə görüşdü. Ali qonaq Bakı səfərindən yenə razı qaldığını dedi. Bildirdi ki, şəraitdən çox məmnun qalıblar:
«Burada gördüklərimiz valehedicidir. Qalmaq şəraitimiz də super idi. Bakının ilk Avropa oyunlarına hazırlığı yüksək səviyyədədir. Fantastik iş görülür. Adətən, olimpiya oyunlarının təşkilinə 7 il vaxt verilir.
Azərbaycanın bütün bunları görməsi 2 ilə sığıb. Bunu zamanında tamamlamaq möcüzədir. Baş Assambleyada müzakirələr getdi. Cari durumdan razıyam».