Paulo Kosta UFC ilə yeni müqavilə üçün razılığa gəlib

UFC-nin orta çəki dərəcəsində mübarizə aparan braziliyalı qarışıq döyüşçüsü Paulo Kosta Amerika promosyonunun rəhbərliyi ilə yeni müqavilə haqda razılaşıb.

Allsport.az xəbər verir ki, əvvəllər Kostanın qonorar tələbi səbəbindən tərəflər anlaşa bilmirdi. Lakin Paulo artıq hər şeyin yoluna düşdüyünü deyib:

“Mən hələ müqavilə imzalamamışam, lakin biz UFC ilə bütün şərtləri razılaşdırdıq. Bu, çox çətin idi. UFC mənim üçün Şon Striklend və Xamzat Çimaevlə döyüşlər təşkil etmək istəyir”.

Paulo Kosta sonuncu dəfə ötən ilin avqustunda döyüşüb və Luke Roxolda qalib gəlib.

Həmin kateqoriyadan