Pavel Hapel: “Azərbaycan millisinin zəif oynadığını deməzdim”

AÇ-2020-nin ələməsinin 3-cü oyununda millimiz evdə Slovakiya futbolçularına 1:5 yenildi. Allsport.az saytı xəbər verir ki, görüşlə bağlı rəqib baş məşqçi Pavel Hapel bunu söylədi:

 “İlk dəqiqədən sona qədər yaxşı oynadıq. Qol buraxsaq da, fərqlənmək üçün şanslarımız kifayət qədər oldu və yekunda qələbə qazandıq. Hesabdan və oyundan razı qaldım. Azərbaycan millisinin zəif oynadığını deməzdim.

Bugünkü oyunda bizim performansımız daha yüksək idi və rəqibə meydanda istədiyini etməyə imkan vermədik. Gələn il final oyununu qəbul edəcək Bakı olimpiya stadionunda məşq keçmişik. Həm Bakı, həm də stadionunuz çox gözəldir. Təbii ki, biz buraya növbəti dəfə final mərhələsinin iştirakçısı kimi dönmək istərdik”.

Həmin kateqoriyadan