- Baxış sayı: 61
- 03 Dekabr 2025 19:56
- Baxış sayı: 101
- Dekabr 05, 2025
- 0

1 saylı idman liseyinin yeni istifadəyə verilmiş badminton zalında Bakı şəhər çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 5 kateqoriya üzrə 20 kişi, 16 qadın iştirak edib. Şəxsi görüşlər qruplar arasında dairəvi sistem, qoşada olimpiya sistemi üzrə keçirilib .
Fərdi mübarizələrdə Orxan Qələndərov və Nigar Əliyeva 1-ci olublar. Qoşa yarışlarda kişilərdə Cahid Əlhəsənov – Səbuhi Hüseynov, qadınlarda Nərmin Şərifova – Nigar Əliyeva cütü seviniblər.
Qarışıq-qoşa yarışlarda isə Elnurə Cəfərova – Səbuhi Hüseynov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.