Paytaxtda FİVB 2-ci dərəcəli məşqçilərin seminarı keçirilir

AVF öz yeniliyi ilə yenə voleybol məşqçilərini sevindirib. Allsport.az saytı xəbər verir ki, Paytaxtımız 20 iyundan – 2 iyul qədər “FİVB 2-ci dərəcəli məşqçi seminarı” na ev sahibliyi edir. 31 mütəxəssisin qatıldığı toplantıda yüksək səviyyədə dərslər və praktik dərslər keçirilir. 13 xarici və 18 yerli məşqçinin iştirak etdiyi seminara Türkiyəli Nijat Sancaq rəhbərlik edir.

O, tədbir barədə bunu deyib: “Artıq bir-neçə gündür ki, seminara start vermişik. Yüksək səviyyədə dərdlərimiz keçir. Bakı bizim üçün doğma şəhərdir, ona görə bizim üçün heç bir çətinlik yoxdur. Mənim fikrimcə 31 məşqçimizdə dərslərimizdən razıdırlar. Bakıda 25-26 iyunda Azərbaycan –Yunanıstan komandaları Avropa Liqasında yarımfinal oyunu oynayacaqdır.

Bizdə bu oyunu canlı olaraq izləyəcəyik, məncə bu iştirakçılar üçün daha da maraqlı olacaq.  ən həyəcanlı anlar isə seminarın sonunda olacaq 31 iştirakçı imtahan verərək “Beynəlxalq Məşqçi sertifakı” alacaq. Onu da qeyd edim ki, “FİVB II dərəcəli məşqçi seminarı” daha yüksək mərhələdir. Bu cür seminarların keçirilməsi yerli məşqçilər üçün böyük fürsərdir”.

Həmin kateqoriyadan