- Baxış sayı: 15
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

“Barselona”nın yarımmüdafiəçisi Pedri sağalmağa davam edir və beynəlxalq fasilədən sonra meydana qayıda bilər.
Allsport.az xəbər verir ki, o, bir neçə həftə sonra fərdi məşqlərə başlayacaq.
Oktyabrın sonunda 22 yaşlı oyunçu sol budundakı distal biseps əzələsinin qırılmasından əziyyət çəkib. Həmçinin sınıq da alıb. Əvvəllər Pedrinin altı həftəlik sıradan çıxacağı bildirilirdi.
Bu mövsüm Pedri 13 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib.