- Baxış sayı: 58
- 18 Mart 2026 20:11
- Baxış sayı: 192
- Mart 19, 2026
- 0

Çin rəsmiləri Pekin olimpiadasına gələn insanlar arasında daha 24 nəfərin koronavirusa yoluxduğunu bəyan edib. Allsport.az saytı xəbər verir ki, yanvarın 31-də ölkəyə səfər edən 1438 nəfərin 24-də virusa yoluxma halı aşkarlanıb.
Fevralın 4-dən 20-dək keçiriləcək “ağ oyunlar”da 90 ölkədən təxminən 3 min idmançı iştirak edəcək. Bəzi ölkələr ilk dəfə qatılacaq. Azərbaycanı fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcəklər.
Pekin-2022-də medal dəstlərinin sayına görə ən böyük qış oyunları olacaq.