Peruda uğur qazanan idmançılar təltif edildi

Perunun Lima şəhərində keçirilən atıcılıq üzrə gənclər arasında dünya çempionatında yüksək nəticə göstərən idmançılar Azərbaycan atıcılıq federasiyası tərəfindən təltif edilib.
Allsport.az xəbər verir ki, Azərbaycan atıcılıq federasiyasının vitse-prezidentləri Zemfira Meftaxetdinova və Tofiq Bəylərov medal qazanan idmançıları, habelə onların inkişafında və hazırlığında böyük rol oynayan şəxsi məşqçilərini xüsusi mükafatlarla təltif edərək onların uğurlarını təqdir ediblər.
Mükafatlandırma mərasimində idmançıların əldə etdiyi nailiyyətlərin ölkənin atıcılıq idmanının inkişafına verdiyi töhfələr vurğulanıb. Zemfira Meftaxetdinova və Tofiq Bəylərov idmançıları təbrik edərək, onların böyük iradə və əzmkarlıq nümayiş etdirdiklərini, gələcəkdə daha böyük uğurlara imza atacaqlarına inandıqlarını bildiriblər.
Zemfira xanım yekun çıxışında bu nailiyyətlərin Azərbaycan atıcılıq idmanının beynəlxalq arenada mövqeyini daha da gücləndirdiyini və idmançılarımızın bu sahədə daha böyük qələbələrə doğru irəliləməsinə şərait yaratdığını bildirib.

Həmin kateqoriyadan