- Baxış sayı: 71
- 01 Fevral 2026 11:20
- Baxış sayı: 154
- Fevral 02, 2026
- 0

Bu gün Las-Veqasda (ABŞ) qarışıq döyüş növləri üzrə “UFC Fight Night 221” turniri keçirilib.
Allsport.az xəbər verir ki, turnirin əsas yarışında ən yüngül divizionda (61 kq-a qədər) keçmiş titul sahibi, rusiyalı Peter Yan gürcüstanlı Merab Dvalişvili ilə qarşılaşıb.
Döyüş 5 raund davam edib və Dvalişvilinin qələbəsi ilə yekunlaşıb.
Beləliklə, Peter Yan ardıcıl 3-cü məğlubiyyətini alıb. Ümumilikdə onun qarışıq döyüş növləri üzrə 16 qələbəsi və 5 məğlubiyyəti var. Dvalişvili MMA-da 15-ci qələbəsini qazanıb. Onun da 4 məğlubiyyəti var.