- Baxış sayı: 225
- 17 Noyabr 2025 21:56
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Yüngül atletika idmançısı Hüseyn Bolt açıqlama verib.
Allsport.az xəbər verir ki, o, səhhətindəki problemlərdən danışıb.
2024-cü ilin iyununda yamaykalı Bolt Londonda keçirilən xeyriyyə futbol matçı zamanı sağ ayağından ağır xəsarət almışdı.
“Mən daha çox idman zalında məşq edirəm. Böyük azarkeş deyiləm, amma düşünürəm ki, indi çoxdan qaçmadığıma görə, buna başlamalıyam. Çünki pilləkənləri qalxanda nəfəsim kəsilir”, – deyə Hüseyn bildirib.
39 yaşlı Bolt 8-qat olimpiya çempionu və 11-qat dünya çempionudur. O, 100 və 200 metr məsafəyə qaçışda dünya rekorduna sahibdir.