- Baxış sayı: 25
- 05 Dekabr 2025 19:37
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Formula-1 pilotları və komandaları bu həftəsonu keçiriləcək Azərbaycan qran prisi üçün Bakı şəhər halqasında artıq hazırlıqlara başlayıblar.
Allsport.az xəbər verir ki, bu yarış mövsümün 17-ci mərhələsi kimi təqvimdə yer alır. Dünyanın ən məşhur Formula- 1 pilotları artıq Bakının “Paddock” ərazisindədirlər. Sabah start götürəcək turnir 1 öncəsi, yarış həvəskarları pilotların hazırlıq prosesini yaxından izləmək imkanı qazanırlar.
“Paddock” nədir? Formula-1-də “Paddock” – komandaların qarajlarının, texniki avadanlıqların, mühəndislərin və pilotların toplandığı əsas mərkəzdir. Burada komandalar bolidlərini yarışa hazırlayır, pilotlar media ilə görüşür, strategiyalar müzakirə olunur və ən vacib qərarlar qəbul edilir. Sadəcə yarışın ürəyi deyil, həm də onun kulisidir.
Bu gün “Paddock”da Maks Ferstappen, Karlos Sayns, Fernando Alonso və s. kimi dünya şöhrətli pilotlar ilk rəsmi görünüşlərini təqdim ediblər. Onlar bolidlərini yoxlayıb, mühəndisləri ilə son dəqiqləşdirmələri edərək sabahkı starta hazırlaşıblar. Media nümayəndələri üçün isə bu, eksklüziv görüntülər əldə etmək üçün nadir fürsət olub.
Pilotların “Paddock”a gəlişi artıq Bakı küçələrində Formula-1 atmosferini hiss etdirir. Tribunalar və fan zonalar üçün hazırlıqlar sürətlə yekunlaşır, komandalar isə hər bir detalı dəqiqliklə nəzərdən keçirərək böyük yarışa hazırlaşır.
Formula-1 həvəskarları üçün “Paddock” – dünyanın ən sürətli pilotlarını və onların komandalarını yaxından izləmək, yarışın arxa səhnəsində baş verənləri canlı görmək fürsətidir. Bu il Azərbaycan qran prisində ilk dəfə satışa çıxarılan “Champions Club” biletlərinə “Paddock” turları da daxildir. Sabah start götürəcək yarışla birlikdə bu zona sürət, taktika və adrenalinlə dolacaq və tamaşaçılar unudulmaz anların şahidi olacaqlar.