- Baxış sayı: 44
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Milan”, “Yuventus” və İtaliya millisinin sabiq yarımmüdafiəçisi Andrea Pirlo çempionlar liqasının cari mövsümdəki əsas favoritlərini açıqlayıb.
Allsport.az xəbər verir ki, sosial şəbəkələrdə yayımlanan videoda Pirlo bu suala cavab verib: “Çempionlar liqası uğrunda mübarizədə üç favorit kimdir? “Liverpul”, “Barselona” və PSJ”.
Turnirin hazırkı qalibi məhz PSJ-dir. Ötən mövsüm parislilər finalda “İnter”i darmadağın edərək (5:0) kuboku qazanmışdılar.
ÇL-nin bu mövsümkü finalı mayın 30-da Budapeştdəki “Puşkaş arena”da keçiriləcək.