Pley-offa vəsiqə qazanan komandalar

Qadın voleybolçuların yüksək liqasının ilkin mərhələsi başa çatıb.

Allsport.az xəbər verir ki, ilkin mərhələdə turnir cədvəlində ilk 4 pillədə qərarlaşan “Abşeron”, “Milli Aviasiya Akademiyası”, “Azərreyl” və “Gəncə” komandaları pley-offa vəsiqəni rəsmiləşdiriblər. 5-ci yeri tutan “Murov Az Terminal” və sonuncu olan UNEC ölkə birinciliyində mübarizəni dayandırıblar.

Yarımfinalda çempionatın lideri “Abşeron” dördüncü yerin sahibi “Gəncə” klubu ilə görüşəcək. Digər yarımfinal matçı isə “Milli Aviasiya Akademiyası” (2-ci yer) və “Azərreyl” (3-cü yer) kollektivləri arasında baş tutacaq. Bu mərhələ iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl Setdə müəyyənləşəcək.

Qadın voleybolçuların pley-off mərhələsinin oyunları aprelin 15-də və 17-də baş tutacaq.

Həmin kateqoriyadan

azenrutr