- Baxış sayı: 48
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 179
- Fevral 08, 2026
- 0

Millimiizn voleybolçuları Türkiyə Sultanlar liqasının 2-ci turunda iştirak ediblər. Allsport.az saytı xəbər verir ki, hücumçu Polina Rəhimova “Fənərbağça”nın “Xalqbank” klubuna qarşı 3:1 hesablı qələbəsinə sevinib. O, həmin görüşdə 20 xal yığaraq, komandasının ən sərrast oyunçusu olub.
Yığmamızın kapitanı Odina Bayramova şərəfini qoruduğu “Seramiksan” evdə “Bursaspor”la qarşılaşıb və 3:2 hesablı qələbə qazanıb. Həmyerlimiz hesabına 18 xal yazıb.
Digər hücumçumuz Yana Kulan çıxış etdiyi “Bəylikdüzü” çempionatının favoritlərindən sayılan “Vəqfbank”a müqavimət göstərə bilsə də, məğlubiyyətlə üzləşib – 2:3. Millimizin ən ucaboy voleybolçusu 31 xal toplayıb.