“Poliqon” hərbi-vətənpərvərlik düşərgəsində

Sentyabrın 6-da Göygöl olimpiya idman kompleksində gənclər və idman naziri Fərid Qayıbov “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları ilə görüşüb.

Allsport.az saytı xəbər verir ki, gənclər qonağa düşərgənin vətənpərvərlik hissinin daha da artırılmasında, şanlı zəfər tarixinin təbliğ edilməsində və gənclərə ilkin hərbi təlimlərin öyrədilməsində çox böyük əhəmiyyəti olduğunu deyiblər.

Nazir gənclərə vətənpərvərlik istiqamətində layihələrə gənclər və idman nazirliyinin xüsusi diqqətlə yanaşdığını, bu tipli tədbirlərin sayının artırılacağını bildirib və onları maraqlandıran sualları cavablandırıb.

Həmin kateqoriyadan