Polisin burnunu sındıran futbolçuya hökm oxundu

“Renn” klubunun yetirməsi olan keçmiş peşəkar futbolçu qadın polisə xəsarət yetirdiyi üçün altı ay müddətinə azadlıqdan məhrum edilib.

Allsport.az xəbər verir ki, insident şənbə günü gecə saatlarında barların birində baş verib.

Gecə saat 03:00 radələrində məkanda yaranan davanı sakitləşdirmək üçün əraziyə polislər çağırılıb. Sərxoş vəziyyətdə olan 40 yaşlı keçmiş idmançı qadın polisə zərbə endirərək onun burnunu sındırıb, həmçinin digər həmkarına da xəsarət yetirib. Məhkəmədə hadisəni törətdiyini inkar etməyən təqsirləndirilən şəxs, həmin an çox sərxoş olduğu üçün baş verənləri xatırlamadığını deyib və zərərçəkmişdən üzr istəyib.

Həmin kateqoriyadan