- Baxış sayı: 70
- 21 Yanvar 2026 11:11
- Baxış sayı: 115
- Fevral 06, 2026
- 0

Belaruslu tennisçi Yuliya Qotovko və ukraynalı Katerina Volodko Varşavada keçirilən VTA-250 kateqoriyalı turnirin ilkin təsnifatının oyunundan sonra əl sıxıblar.
Allsport.az saytı xəbər verir ki, görüş 6:1 və 6:1 hesabları ilə belarusiyalının xeyrinə başa çatıb. Görüş başa çatdıqdan sonra rəqiblər tora yaxınlaşaraq ənənəvi əl sıxışıblar.
2022-ci ilin yazından etibarən ukraynalı tennisçilər ruslar və belaruslarla oyundan sonra əl sıxmaqdan imtina edirlər. Ukraynalı Elina Svitolina daha əvvəl VTA-nın əl sıxmalarını rəsmi olaraq ləğv etməyi təklif etmişdi.