- Baxış sayı: 274
- 28 Dekabr 2025 14:00
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Taekvondo üzrə böyüklərdən ibarət milli komandamızın üzvləri 20-21 sentyabrda Polşada keçirilən “Polish Open” beynəlxalq turnirində uğurla çıxış edərək, 1 qızıl və 2 bürünc medal qazanıblar.
Allsport.az xəbər verir ki, komandamızın üzvü Minayə Əkbərova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
Millimizin üzvləri Həşim Məmmədov (63 kq) və Cavad Ağayev (80 kq) isə bürünc medallara sahib çıxıblar.