Poqba yaşıl meydana dönür

“Monako”nun yarımmüdafiəçisi Pol Poqba Fransa çempionatının 13-cü turunda “Renn”lə səfər matçında komandanın heyətində debüt edə bilər.

Allsport.az xəbər verir ki, oyun şənbə günü baş tutacaq.

32 yaşlı fransalı futbolçu antidopinq qaydalarını pozaraq diskvalifikasiya edildiyi üçün 2023-cü ilin sentyabrından bəri heç bir rəsmi matçda oynamayıb.

Ötən yay “Monako” ilə iki illik müqavilə imzalayan Poqba, kluba qoşulduqdan sonra forma yığması üçün üç ay vaxt verilmişdi. Lakin o, oktyabr ayında əzələ zədəsi alıb.

Poqbanın “Renn”lə oyunda meydana çıxmaq ehtimalının yüksək olduğu bildirir.

Həmin kateqoriyadan