- Baxış sayı: 35
- 11 Dekabr 2024 23:50
- Baxış sayı: 49
- Dekabr 11, 2024
- 0
Pol Poqbanın qardaşı Matias Poqba üç il müddətinə həbs oluna bilər.
Allsport.az xəbər verir ki, buna səbəb Matiasın ulduz futbolçunu şantaj edərək 13 milyon avro tələb etməsi olub.
Fransa mətbuatının məlumatına görə, prokuror hakimdən Matias üçün elektron qolbaq taxma şərti ilə 10 min avro cərimə və ya üç il (ilk iki il şərti) həbs tələb edib. Cinayətkar qrupun qalan üzvləri 5 ildən 8 ilədək həbs, 20 min avro cərimə və 10 il müddətinə silah gəzdirmək qadağası ala bilərlər.
Pol Poqba əvvəllər qardaşı da daxil olduğu mütəşəkkil dəstənin şantaj qurbanı olmuşdu.