- Baxış sayı: 12
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

21 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlama verib.
Allsport.az xəbər verir ki, o, Avropa çempionatının seçmə mərhələsində Portuqaliya yığmasına qarşı keçiriləcək oyunla bağlı fikrini bildirib:
“Portuqaliya ilə oyun bizim ilk rəsmi matçımız olacaq. Səfərdə Portuqaliya, ardından isə evdə Bolqarıstan yığması ilə qarşılaşacağıq. İlk rəqibimiz Portuqaliya çox güclü komandadır. Son Avropa çempionatında iştirak edən U-21 komandasından hazırda 9 futbolçu heyətdələrindir. Böyük klublarda çıxış edən futbolçuları var. Amma biz də matça yaxşı hazırlaşırıq. Belə böyük rəqiblərlə qarşılaşmaq futbolçularımızın gələcəyi üçün önəmlidir. İnanıram ki, həm Portuqaliya, həm də Bolqarıstanla görüşdə yaxşı mübarizə aparacağıq”.
Sentyabrın 5-də Barseluş şəhər stadionunda təşkil olunacaq Portuqaliya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.