- Baxış sayı: 29
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu DÇ-2026-nın seçmə mərhələsində İrlandiya ilə keçiriləcək matç öncəsi komandanın əhval-ruhiyyəsi barədə danışıb.
Allsport.az xəbər verir ki, oyun bu gün Bakı vaxtı ilə 23:45-də başlayacaq.
Portuqaliyalı futbolçu mətbuat konfransında fikrini bölüşüb:
“Mən çox xoşbəxtəm, baş məşqçi Roberto Martineslə əla münasibətlərim var və bu ruhda davam etmək istəyirəm. Seçmə turniri yaxşı bitirməyə çalışırıq və əhvalımız çox pozitivdir. Azarkeşlərin dəstəyi onların üstünlüyü olacaq və biz bilirik ki, matç çətin keçəcək. Onlar fiziki cəhətdən güclüdürlər, lakin biz öz futbolumuzu oynamalıyıq.”
Ronaldo həmçinin özünü Portuqaliya yığmasının əsas heyətində “toxunulmaz” oyunçu hesab etmədiyini vurğulayıb:
“Heyətdə heç kimin zəmanətli yeri yoxdur. Hər şey cari formadan asılıdır. Mən start heyətinə düşəndə etimadı doğrultmağa çalışıram, həmçinin meydandan kənarda da komandaya kömək etməyə can atıram.”
Portuqaliya millisi İrlandiya üzərində qələbə qazanacağı təqdirdə, mundialın final mərhələsinə vəsiqəni təmin edəcək.