- Baxış sayı: 44
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

İrlandiya millisinin baş məşqçisi Heymir Hadlqrimsson komandanın DÇ-2026-nın seçmə mərhələsində Portuqaliya ilə matçda necə çıxış edəcəyini şərh edib.
Allsport.az xəbər verir ki, oyun bu gün, Bakı vaxtı ilə 23:45-də başlayacaq.
Hadlqrimsson ESPN-ə açıqlamasında deyib:
“Əksər komandalar qələbə qazananda sürəti azaldır, lakin Portuqaliya daha çox qol vurmaq istəyir və bu, onların unikal hücum komandası olmasının səbəblərindən biridir. Portuqaliyaya qarşı bizə qələbə və ya heç-heçə lazım olmasından asılı olmayaraq, müəyyən bir oyun üslubuna sadiq qalmalıyıq. Belə bir komandaya qarşı “va-bank” gedə bilmərik, bu, basketbol deyil. Əgər matçın sonunda qol vurmaq lazım olarsa, o zaman hesablanmış risklərə gedəcəyik.”
Portuqaliya 10 xalla “F” qrupunun turnir cədvəlinə başçılıq edir, İrlandiya isə 4 xalla qrupun üçüncü yerindədir.