Praqada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında Azərbaycanı kimlər təmsil edəcək?

18-21 noyabrda Çex Respublikasının paytaxtıa Praqada Avropa Olimpiya Komitəsinin 44-cü Baş Assambleyası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, toplantıda Gənclər və İdman nazıri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva və digərləri iştirak edəcəklər.

Eyni zamanda, AOK-nin İcraiyyə Komitəsinin üzvü olan Çingiz Hüseynzadə adı çəkilən təşkilatın 4-cü iclasında iştirak edəcək. Tədbir çərçivəsində AOK-nin “İdmanda Qadın və Bərabərlik” Komissiyasının üzvü olan Könül Nurullayevanın da iştirakı nəzərdə tutulub.

Əlavə olaraq, 2016-cı il Rio de Janeiro Yay Olimpiya Oyunları və 2020-ci il Pekin Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. Yeniyetmələr arasında 2016-cı il Lillehhammer Qış Olimpiya Oyunları da müzakirə olunacaqdır. Həmçinin, 2021-ci ildə keçiriləcək Avropa Yeniyetmələrinin Olimpiya Festivalının namizəd ölkələrinin siyahısı açıqlanacaqdır.

Xatırladaq ki, Avropa Olimpiya Komitəsinin 45-ci Baş Assambleyasının keçiriləcəyi ölkənin adı tədbirdə açıqlanacaqdır.

Həmin kateqoriyadan