Premyer liqa klubları cərimələndi

İntizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, intizam komitəsinin toplantısında premyer liqanın 8-ci turu ilə bağlı qərarlar qəbul edilib:

“Araz-Naxçıvan” – “Səbail” oyununda qonaqların komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” komandası 700 manat cərimələnib.

“Neftçi” – “Sumqayıt” oyununda “kimyaçılar”ın 6 futbolçusu sarı vərəqə aldığı üçün, “Sumqayıt” komandası 700 manat cərimə edilib.

“Şamaxı” – “Turan Tovuz” oyununda meydan sahiblərindən 4 futbolçu sarı vərəqə aldığına görə komanda 700 manat ziyana düşüb. Qonaqların 5 futbolçusu sarı vərəqə aldığından, “Turan Tovuz” 700 manat cərimələnib.

Həmin kateqoriyadan