- Baxış sayı: 20
- 21 Yanvar 2026 10:33
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Kristal Pəlas”ın baş məşqçisi Oliver Qlasner premyer liqada ayın ən yaxşısı seçilib.
Allsport.az xəbər verir ki, keçən ay London komandası “Sanderlənd”lə 0:0 heç-heçə edib, “Vest Hem”lə “Liverpul”u 2:1 hesabı ilə məğlub edib. Bu, 51 yaşlı avstriyalının İngiltərədəki karyerasında ilk mükafatıdır.
Qlasnerlə yanaşı, digər namizədlər Mikel Arteta (“Arsenal”), Pep Qvardiola (“Mançester Siti”) və Reqis Le Bris (“Sanderlənd”) idi.