- Baxış sayı: 28
- 03 İyun 2023 12:03
- Baxış sayı: 187
- İyun 03, 2023
- 0
FIDE prezidenti Arkadi Dvorkoviç şahmat tacı uğrunda rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında keçirilən çempionluq görüşünün 13-cü partiyasının keçirildiyi şahmat lövhəsini Federasiyaya hədiyyə edib.
Allsport.az xəbər verir ki, Bakıya səfər zamanı şahmat lövhəsini özü ilə gətirən A.Dvorkoviç hədiyyəni AŞF rəhbəri M.Məmmədova təqdim edib.
AŞF-nin prezidenti Mahir Məmmədov dəyərli hədiyyəyə görə, FIDE rəhbərinə təşəkkürünü bildirib.
Astanada keçirilən şahmat tacı uğrunda görüşdə qələbə qazanan Din Liren dünya çempionu olub.