- Baxış sayı: 64
- 05 Noyabr 2026 13:13
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, Budapeştdə 45-ci ümumdünya şahmat olimpiadasında VII tur başa çatıb.
Kişilərdə Azərbaycan komandası Qazaxıstan üzərində 3:1 hesablı qələbə qazanıb. Aydın Süleymanlı və Məhəmməd Muradlı bu tur rəqiblərini məğlub edib. Nicat Abbasovla Rauf Məmmədov heç-heçəylə kifayətlənib.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi bu hesabla eyni ölkənin təmsilçilərinə uduzub. Günay Məmmədzadə və Gövhər Beydullayeva heç-heçə oynayıb. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova məğlubiyyətlə barışmalı olub.