- Baxış sayı: 134
- 19 İyun 2026 18:40
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Budapeştdə təşkil edilən 45-ci ümumdünya şahmat olimpiadasında 4-cü tur başa çatıb.
Allsport.az saytı xəbər verir ki, kişilərdən ibarət Azərbaycan seçməsi 4-cü turda Monteneqro üzərində 3:1 qələbə qazanıb. Aydın Süleymanlıyla Şəhriyar Məmmədyarov qalib gəlib. Nicat Abbasov və Rauf Məmmədov heç-heçə oynayıb.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi eyni hesabla Sloveniyanı üstələyib. Günay Məmmədza ilə Gövhər Beydullayeva partiyanı qələbəylə bitirib. Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova sülh bağlayıblar.