- Baxış sayı: 35
- 11 Dekabr 2024 23:50
- Baxış sayı: 49
- Dekabr 11, 2024
- 0
“Neftçi”in baş məşqçisi Samir Abbasov “Sumqayıt”la oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, səfərdə 0:2 hesabı ilə uduzduqları görüş haqda bunu deyib:
“Oyuna çox yaxşı başlamışdıq, istədiyimiz hər şey alınırdı. Amma durduğumuz yerdə rəqibə hədiyyə edib qol buraxdıq. Ondan əvvəl qol epizodu yaratdıq, amma 2 metrdən qapıya düşə bilmədik. Təhlil etsək, bu, bütün oyunlarımızda baş verən prosesdir. Bu gün isə oyuna nəzarət etsək də, hər iki qolu rəqibə hədiyyə etdik. Bu cür komandalar qol vurandan sonra müdafiədə bağlanmağa başlayır ki, bu da normaldır. Bütün komandanı nəzərdə tutaraq deyirəm ki, “Neftçi”nin futbolçusu məhz belə vəziyyətlərdə keyfiyyətin hesabına üzə çıxmalıdır. Problemləri aradan qaldırmağa çalışacağıq”.