Promesin apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb

Amsterdam apellyasiya məhkəməsi “Spartak”ın keçmiş futbolçusu Kvinsi Promesin işinə mahiyyəti üzrə baxmağa noyabrın sonu – dekabrın əvvəlində başlamaq niyyətindədir.

Allsport.az xəbər verir ki, məhkəmə iclasları noyabrın 30-u və dekabrın 2-nə təyin edilib, dekabrın 4-ü isə ehtiyat tarix kimi müəyyən olunub.

2025-ci ilin iyununda Promes BƏƏ-dən Niderlanda ekstradisiya edilib və orada nəzarətə götürülüb. Amsterdamın birinci instansiya məhkəməsi futbolçunu iki epizod üzrə – əmisi oğluna bıçaqla hücum etməkdə və narkotik qaçaqmalçılığında təqsirli bilib. Bu işlər üzrə ona müvafiq olaraq 1,5 il və 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verib.

Həmin kateqoriyadan