- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan milli komandası ilə Ukraynanın “Şaxtyor” klubu arasında keçirilmiş yoldaşlıq oyunundan sonra millimizin baş məşqçisi Robert Prosineçki fikirlərini bildirib. Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 1:2 hesablı məğlubiyyəti belə şərh edib:
“Şaxtyor” Avropanın ən güclü klublarından biridir. Birinci hissəni çox yaxşı keçirdik. Məşq və oyun tamamilə fərqlidir. Bu oyunda futbolçuların nəyə qadir olduğunu gördüm. Oyundan razı qaldım. Cəmi üç gündür birgəydik. Bu, çox az müddətdir. Hələ çox işləməliyik.
Komandanın hər bir üzvü özünü göstərməyə çalışdı, ötürmələrlə oynadı, top saxladı, mübarizə apardı. Düzdür, ikinci hissədə rəqib bizim top saxlamağımıza imkan vermədi. İnanıram ki, gələcəkdə daha yaxşı oyun nümayiş etdirəcəyik.
Yenilərdən razı qaldım. Antona gəlincə, bir daha qeyd etmək istəyirəm ki, biz onu gələcək üçün hazırlayırıq. O, öz üzərində daha çox çalışmalıdır. Belə olan halda bir neçə ildən sonra millinin sol cinah müdafiəçisi baxımından problemi olmayacaq. Bütövlükdə, bütün gənc oyunçulardan razı qaldım”.