Prosineçkiyə “Sumqayıt”ın forması təqdim edildi

Bu gün “Kapital Bank Arena”da 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə “Sumqayıt” klubun U-17 komandası arasında yoxlama oyunu keçirilib. Allsport.az xəbər verir ki, maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə “Sumqayıt” U-17 2:1 hesabı ilə qalib gəlib.

Qarşılaşmanı Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki də izləyib. Fasilə zamanı klubun prezidenti Kamran Quliyev xorvatiyalı mütəxəssisi “Kapital Bank Arena”nın inzibati binası ilə tanış edib. Görüş zamanı “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov, baş menecer Ceyhun Sultanov və əvəzedici komandanın çalışdırıcısı Samir Abasov da iştirak edib. Daha sonra Prosineçkiyə “Sumqayıt”ın ənənəvi 50 nömrəli futbol geyimi hədiyyə edilib.

Həmin kateqoriyadan