PSJ azarkeşləri həbs olunacaq

PSJ-nin 12 azarkeşi paytaxtın mərkəzində icazəsiz pirotexniki vasitələrdən istifadə etdiklərinə görə məsuliyyətə cəlb olunacaqlar.

Allsport.az xəbər verir ki, polis şənbə günü Eyfel qülləsi yaxınlığında fişənglərdən istifadə edən 38 nəfəri saxlayıb. Araşdırmalardan sonra onlardan 26-sı sərbəst buraxılsa da, qalan 12 nəfərə qarşı rəsmi ittiham irəli sürülüb.

Saxlanılan şəxslər ifadələrində PSJ azarkeşi olduqlarını və komandanın 2025-ci ildə qazandığı titulları bu cür qeyd etmək istədiklərini bildiriblər.

Həmin kateqoriyadan