PSJ ilə oyun bu stadionda

Çempionlar liqasının 2-ci turu çərçivəsində keçiriləcək “Barselona” – PSJ matçı “Olimpik Lüis Kompanis” ” stadionunda keçiriləcək.

Allsport.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Barselona” 2023/24 və 2024/25 mövsümlərində “Kamp Nou”nun təmiri zamanı ev oyunlarını təxminən 52.000 tamaşaçı tutumuna malik “Olimpik Lüis Kompanis” stadionunda keçirib. Kataloniyalılar cari mövsümdə yeganə ev matçını 6000 tamaşaçı tutumuna malik “Yohan Kroyff Arena”da keçirib.
“Barselona” – PSJ matçı oktyabrın 1-də baş tutacaq.

Həmin kateqoriyadan