- Baxış sayı: 9
- 05 Dekabr 2025 14:21
- Baxış sayı: 44
- Dekabr 05, 2025
- 0

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik çempionlar liqasının ikinci turunda PSJ-yə 1:2 hesablı məğlubiyyəti şərh edib.
Allsport.az xəbər verir ki, almaniyalı mütəxəssis görüş barədə bunu deyib: “PSJ qələbəyə layiq idi. Mən 100 faiz əminəm ki, biz PSJ səviyyəsində oynayırıq, amma bunu tam 90 dəqiqə ərzində etməliyik. Bütün komanda çox çalışmalı, müdafiə olunmalı, boşluqdan istifadə etməli, topa sahib olmaqda iştirak etməlidir… Hamı gördü ki, PSJ-də hamı topa sahib olmaq istəyir, meydanda boşluqdan istifadə etməyi, təkbətək oynamağı da bilir. Bunu öyrənməliyik”.
PSJ 6 xalla turnir cədvəlində 3-cüdür, “Barselona” isə 3 xalla 16-cı yerdədir.