- Baxış sayı: 38
- 22 Mart 2026 15:50
- Baxış sayı: 231
- Mart 22, 2026
- 0

UEFA superkuboku uğrunda oyun keçirilib.
Allsport.az xəbər verir ki, ötən mövsümdə çempionlar liqasının qalibi olan PSJ Avropa liqasının son sahibi “Tottenhem”lə qarşılaşıb.
Görüşün əsas vaxtında qalib müəyyənləşməyib – 2:2. Penaltilər seriyasında rəqibdən daha üstün olan (4:3) Fransa klubu tarixində ilk dəfə UEFA superkubokunu qazanıb.
Matç İtaliyanın Udine şəhərindəki “Friuli” stadionunda baş tutub. Görüşün baş hakimi Joau Pedru Pineyru (Portuqaliya) olub. Azərbaycanlı FİFA referisi Elçin Məsiyev matçda dördüncü hakim vəzifəsini icra edib.