Pulişiç Martinesi qabaqladı

“A” seriyasının 5-ci turunun matçında “Milan” “Napoli”ni qəbul edib.

Allsport.az xəbər verir ki, San Siroda təşkil olunan görüşü meydan sahibi komanda 2:1 hesabı ilə qazanıb.

“Milan”ın cinah oyunçusu Kristian Pulişiç Aleksis Salemakersa məhsuldar ötürmə edib, sonra isə özü qol vurub.

Amerikalı futbolçu 2023/24 mövsümündə “A” seriyasında debütündən bəri 46 (27 qol, 19 məhsuldar ötürmə) qol hərəkəti edib. O, bu göstərəcidə “İnter”in hücumçusu Lautaro Martinesi (45) geridə qoyub.

Həmin kateqoriyadan